Fransada məktəb avtobusu qəzaya uğrayıb: - 1 şagird ölüb

Fransada məktəb avtobusunun qəzaya uğraması nəticəsində 1 şagird ölüb, 40 nəfər yaralanıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Fransanın Eure-et-Luara bölgəsinin Şatodun şəhərində idarəetməni itirərək yoldan çıxan məktəb avtobusu qəzaya uğrayıb.

Səlahiyyətlilərin verdiyi açıqlamada qəzada 15 yaşlı bir şagirdin öldüyü, 31-i tələbə olmaqla 40 nəfərin yüngül yaralandığı bildirilib.

Yaralılar hadisə yerinə sövq edilən sağlamlıq qrupları tərəfindən xəstəxanaya aparılıb.

Qəzanın səbəbi məlum olmasa da, hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Orxan Saffari

Gununsesi.info