Egey dənizindəki seysmik aktivlik Yunanıstanı həyəcanlandırır

Yunanıstanın Egey dənizindəki turistik Santorini adasındakı vulkanda qəfil seysmik aktivliyin müşahidə edildiyi bildirilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, inkişafdan sonra qonşu ərazidə ehtiyat tədbirləri gücləndirilib.

Bildirilib ki, seysmik aktivlik 2012-ci ildə yaşanan aktivliyə oxşar olub.

Alimlər bildirirlər ki, hazırda narahatlıq üçün heç bir əsas yoxdur.

İnkişafın ardınca Yunanıstanın İqlim Böhranı və Mülki Müdafiə naziri Vassilis Kikiliasın başçılığı ilə nümayəndə heyəti yaradıldı.

Alimlərin, mərkəzi və yerli hökumət nümayəndələrinin daxil olduğu nümayəndə heyəti bu məsələ ilə bağlı iclas keçirib.

İclasın nəticəsi olaraq adada mülki müdafiə tədbirlərinin artırılması barədə qərar qəbul edilib.

Qeyd edək ki, Santorini vulkanik adasında sonuncu dəfə eramızdan əvvəl 1600-cü ildə püskürmə olmuşdur.

Bu püskürmədən sonra adanın 73 kvadrat kilometri su altında qalıb.

Santorinidən qayıqla getmək mümkün olan və qismən su altında qalaraq adadan ayrılan Santorini Kalderası turistlərin getdiyi ərazilərdən birinə çevrilib.

 

Orxan Saffari

Gununsesi.info