Bu ərazidə su olmayacaq

  • By Günel
  • 30 Yanvar 2025 19:26

Qaradağ rayonunun bəzi yerlərində suyun verilişində fasilə yaranacaq.

Bu barədə Gununsesi.info – ya İri Şəhərələrin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, Lökbatan qəsəbəsi, Nizami 10 ünvanında “Neftçi” MTK-ya məxsus 4 binanı qidalandıran xətdə baş verən qəzanın aradan qaldırılması ilə əlaqədar yanvarın 31-i axşam saatlarınadək bu ünvana suyun verilməsində fasilə yaranacaq.