Bakı-Quba yolunda avtomobil aşdı: - yaralılar var

  • By Günel
  • 30 Yanvar 2025 22:32

Bakı-Quba yolunda “KIA Sportage” idarəetmədən çıxaraq aşıb, beş nəfər xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Report-a Baş DYP İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev deyib.
E.Hacıyev bildirib ki, hadisə saat 20:05 radələrində baş verib.

Nəqliyyat vasitəsində ümumilikdə altı nəfər olub.

Xəsarət alanlar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Gununsesi.info