
ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp Kaliforniya ştatının Altadena şəhərində meşə yanğınlarından zərər çəkənlərə könüllü yardım edib. İvanka yanğın qurbanlarına yemək və zəruri ləvazimatları paylamaq üçün saatlarla vaxt sərf edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Prezident Donald Trampın böyük qızı İvanka Tramp CityServe ilə birgə təşkil edilən tədbirdə yanğın qurbanları ilə görüşüb.
İvanka oraya qara küləklik pencək, cins şalvar və idman ayaqqabısı geyinməyi uyğun bilib.
43 yaşlı İvankanın könüllüləri və ilk müdaxilə edən komandanı həvəsləndirmək, yardımları ailələrə paylamaq üçün saatlar sərf etdiyi bildirilib.
İvanka önlük və əlcək geyinərək mətbəxə daxil olub və zərərçəkənlərə isti yeməklər paylayıb.
Daha sonra o, ailələr üçün ərzaq daşıyan arabanın yüklənməsinə kömək edib.
Təşkilat İvankanın tədbirə qatılmasından qürurverici olduğunu və vaxtını könüllü olaraq ayırdığı üçün ona minnətdarlığını bildiriblər.
Günel Həsənova