İrakli Kobaxidze Ermənistana getdi

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Ermənistana səfəri başlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb.

Bildirilib ki, İrəvanın Zvartnots Beynəlxalq Hava Limanında hökumət başçısını Ermənistan Baş nazirinin müavini Tiqran Xaçatryan qarşılayıb.

Qeyd edək ki, Gürcüstan XİN rəhbəri Maka Boçorişvili bu gün səhər İrəvana rəsmi səfərə gedib.

Gununsesi.info