Qəzzada üçüncü girov mübadiləsi

Bu gün İsrail və HƏMAS arasında əsir mübadiləsinin üçüncü raundu keçirilir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, mübadilə çərçivəsində biri əsgər olan 3 İsrailli girov müqabilində 110 fələstinli İsrail həbsxanalarından azad ediləcək.

Bundan əlavə, 5 taylandlı girov ayrıca razılaşma əsasında azad ediləcək.

HƏMAS tərəfindən saxlanılan üç israilli girov Qəzzanın şimalında Cibaliyədə Qırmızı Xaç təşkilatına təhvil verilib. İsrail ordusu üç girovu Qırmızı Xaç rəsmilərindən aldığını təsdiqləyib.

HƏMAS-ın silahlı qanadı olan Əl-Qəssam Briqadalarına bağlı onlarla Həmas üzvü girovları çatdırmaq üçün Cibaliyedə toplaşıb.

Bu gün azad edilən girovlar arasında İslami Cihadın girovu olan 29 yaşlı Yehoud və 80 yaşlı Qadi Mozes də var.

Fələstin mediası yazıb ki, mübadilə HƏMAS-ın öldürülmüş lideri Yəhya Sinvarın Xan Yunisdəki evinin qarşısında baş tutacaq.

Bu gün ayrı bir razılaşmanın bir hissəsi olaraq HƏMAS-ın nəzarətində olan 5 Tailandı azad edəcəyi gözlənilir.

Girovların qarşılığında İsrail həbsxanalarında olan 110 fələstinli azad ediləcək. Onlardan 30-nun uşaq olduğu bildirilir.

Digər tərəfdən İsrail ordusu Qəzza zolağının bəzi bölgələrində Həmas ilə əldə olunan atəşkəs razılaşmasını pozduğunu etiraf edib.

Ordunun X platformasında verdiyi açıqlamada, ordu qüvvələrinin son saatlarda Qəzzanın bəzi bölgələrində “ordu qüvvələrinə doğru irəliləyən şübhəliləri uzaqlaşdıraraq, atəş açdığını” ifadə edildi.

Açıqlamada, İsrail ordusuna aid pilotsuz uçuş aparatının (PUA) Qəzzanın mərkəzi hissəsindən şimala doğru hərəkət edən bir avtomobili atəşə tutduğu, iddia edilən atəşkəsə görə keçidə icazə verilməyən bölgədən nəzarətsiz keçdiyi bildirilib.

İsrail ordusu atəşkəs razılaşmasına tam əməl etdiyini iddia edir.

HƏMAS və İsrail arasında Qəzzada əldə olunan atəşkəs və məhbus mübadiləsi razılaşması yanvarın 19-u, bazar günü, GMT vaxtı ilə 12.15-də qüvvəyə minib.

Qəzzada son 72 saatda evlərinə dönən fələstinlilərin sayı 500 mini keçib.

Qəzza zolağında evlərini tərk etmək məcburiyyətində qalan fələstinlilər atəşkəs razılaşması ilə 15 aydan sonra geri qayıdırlar. Qəzza hökumətinin Media Ofisindən verilən açıqlamada, son 72 saatda Qəzzanın şimalında evlərinə dönən fələstinlilərin sayının 500 mini keçdiyi bildirilib.

Orxan Saffari

Gununsesi.info