Şahin Bağırov: “Ajiotaja ehtiyac yoxdur, maaşlar veriləcək” - EKSKLÜZİV

  • By admin
  • 28 Yanvar 2025 13:20

Son günlər mediada Dövlət Gömrük Komitəsi əməkdaşlarının 3 aydan bəridir ki, əmək haqlarını ala bilməməsinə dair xəbərlər yayılıb.

Həmin məlumatlarda bildirilir ki, hər hansı bir səbəb göstərilmədən əmək haqları verilmir.

 

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Gununsesi.info-ya eksklüziv açıqlamasında bu barədə suala aydınlıq gətirib: “Bəzi texniki məsələlər var. Onlar həll olunduqdan sonra hamı maaşını alacaq. Burada ajiotaj yaratmağa ehtiyac yoxdur”. 

 

Elmar

Gununsesi.info