
H.Z. Tağıyev−Salyan avtomagistralı tikiləcək.
Gununsesi.info xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında deyilir.
Dövlət Proqramına əsasən, 2025−2030-cu illər ərzində layihələndirmə sənədlərinin hazırlanması, tikinti və yenidənqurma işlərinin həyata keçirilməsi, avtomobil yolunun istifadəyə verilməsi nəzərdə tutulur.