
Yaponiyanın Saitama prefekturasının Yaşio şəhərində yaranan çuxur yük maşını və sürücüsünü udub. İki gündür çuxurda qalan yük maşını sürücüsünü xilas etmək üçün işlər davam edir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Yaponiyanın Saitama əyalətində 2 gün əvvəl çökən çuxura düşən 74 yaşlı yük maşını sürücüsünün xilasetmə işləri davam edir .
Xilasetmə qrupları birinci çuxurun ətrafında su sızması, qaz boruları və qeyri-bərabər torpaqla mübarizə apararkən, ikinci çuxurun çıxması ilə əlaqədar işlər müvəqqəti olaraq dayandırılıb.
Bu, ərazidəki yeraltı qaz borusu ilə bağlı narahatlıq yaradıb və 200 metr radiusda yaşayan sakinlərə təxliyə xəbərdarlığı edilib.
Xilasetmə işləri zamanı çuxurda su yığılmağa başlayıb. Səlahiyyətlilər, suyun yaxınlıqdakı çaya axıdılması üçün tədbirlər görərkən yerli əhalinin su istifadəsini məhdudlaşdırmalı olduğunu açıqladı.
Hadisə başlayan andan yük maşını sürücüsünün vəziyyəti ilə bağlı narahatlıqlar artıb. Əvvəlcə təcili yardım qrupları ilə əlaqə saxlaya bilən sürücü bir müddət sonra reaksiya verə bilməyib.
Yerli insanlar çökmənin daha da genişlənəcəyindən və digər çuxurların əmələ gələ biləcəyindən narahat olduqları üçün təxliyə edilib.
Səlahiyyətlilər birinci çuxurun kanalizasiya borusunun partlaması, ikinci çuxurun isə tullantı sularının torpağı gevşetməsi nəticəsində yarandığını düşünür.
Orxan Saffari