Brüssel aeroportunda nasazlıq səbəbi ilə uçuşlar dayandırıldı

  • By Günel
  • 30 Yanvar 2025 23:01

Brüssel Hava Limanı hava hərəkətinə nəzarət sistemindəki nasazlıq səbəbindən ölkə daxilində uçuşların həyata keçirilə bilməyəcəyini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

“Texniki problemlər səbəbindən hazırda hava hərəkəti yoxdur”, – məlumatda bildirilir.

Vurğulanır ki, aeroport rəhbərliyinin hazırda ölkənin hava məkanının nə qədər müddətə bağlı qalacağı barədə məlumatı yoxdur.

Gununsesi.info