
Son aylarda sosial mediada ailəsi ilə hesablaşan müğənni və aktyor Özcan Dəniz “X” və “YouTube” hesablarının əlindən alındığını açıqlayıb.
Gununsesi.info türk mediasına istinadən xəbər verir ki, Özcan Dəniz keçən aylarda bir müddət onun meneceri olan böyük qardaşı Ercan Dənizlə son aylarda mübahisə etmişdilər. İş və şəxsi həyatında qardaşı ilə əlaqəni kəsmək üçün ortağı olduğu Dəniz Film şirkətini satan Dəniz, İnstagram hesabında paylaşımlar edərək ailə üzvlərinə meydan oxumuşdu.
İndi tək ailəsinin oğlu Kuzey və həyat yoldaşı Samar Dadgar olduğunu ifadə edən Dəniz, ailə fotosuna: “Sizi çox sevirəm. Canım oğlum, canım yoldaşım. Canımsınız. Mən artıq kimin üçün yaşayacağımı bilirəm və xoşbəxtəm. Heç olmadığım qədər yüngül və güclüyəm” yazmışdır.
Özcan Dənizin bacısı Yurda Gürler yaşanan hadisələrə görə iranlı gəlinləri Samar Dadgarı günahkar hesab edib:
“Həqiqət budur ki, birinci evliliyi bitməmiş İrandan bura gələn bu qızı heç vaxt bəyənmədik, onu incitməmək üçün daha ətraflı danışmayacağam”.
Özcan Dənizin bacısı Yurda Gülər və anası Kadriye Dəniz
Uzun müddətdir bu mövzuda səssiz qalan 52 yaşlı Özcan Deniz “X” (keçmiş Twitter) və “YouTube” ünvanlarının ondan alındığını açıqlayıb:
“Onsuz da istifadə etmədiyim bir platformadır. Ancaq bilmənizi istərdim ki, ordakı paylaşımları mən etmirəm”.
O, köhnə sosial media hesab məlumatlarını artıq əlaqəsi olmadığı Dəniz Filmə verdiyini və parolları bilmədiyini qeyd edib.
Günel Həsənova