Ən nəzakətli sürücülərin olduğu ölkələr açıqlanıb

DiscoverCars.com tərəfindən aparılan hərtərəfli araşdırmada dünya üzrə turistlərin sürücülük təcrübələri qiymətləndirilib və ən nəzakətli sürücüləri olan ölkələr sıralanıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu qiymətləndirmədə Kipr 8,83 xalla birinci yeri tutaraq diqqət çəkib.

Mərakeş və Fransa yolda ən az nəzakətli sürücülərin olduğu ölkələr sırasında olub.

Bu ölkələrdə sürücülər tez-tez daha aqressiv sürücülük tərzi nümayiş etdirərək, turistlərin mənfi təcrübələrinə səbəb olurdu.

Tədqiqat nəticələrinə görə, turistlərdən 8,83 bal alaraq ən nəzakətli sürücülərin olduğu ölkə olaraq Cənubi Kipr seçilib. Cənubi Kiprdə kirayə avtomobillərin qırmızı lövhələrlə işarələnməsi yerli sürücülərin turistlərə qarşı daha diqqətli və anlayışlı olmasına kömək edə bilər.

Yeni Zelandiya 8,77 balla ən nəzakətli sürücüləri olan ölkələr arasında ikinci yeri tutub. Araşdırmaya qatılan turistlər Yeni Zelandiyada yol hərəkətindəki nizamın və sürücülərin nəzakətli davranışlarının diqqətəlayiq olduğunu bildiriblər. Ölkədəki yol mədəniyyəti təhlükəsiz və hörmətli sürücülük təcrübəsi təqdim edir. Xüsusilə, yerli sürücülərin digər nəqliyyat vasitələrinə göstərdiyi hörmət və səbr turistlər tərəfindən tez-tez təriflənir.

Türkiyədə sürücülər turistlər tərəfindən nəzakətli hesab edilsə də, bəzi yerli vərdişlərin fərqli ola biləcəyi bildirilir. Məsələn, Türkiyədə ötmədən əvvəl siqnalı çalmaq adi haldır və nəqliyyat sağdan axır.

Almaniya 8,45 xalla 6-cı yerdə qərarlaşıb, Kanar adaları isə 8,31 xalla 8,29 xalla materik İspaniyanı ötüb. Polşa və Mavrikiy 8,25 xalla 9-cu yeri bölüşdülər. İlk onluğa daxil olan İtaliya 8,02 xalla sonuncu yerdə qərarlaşıb.

Tədqiqatda ən az nəzakətli sürücülərin olduğu ölkələr arasında Mərakeş (7,97), Fransa (7,84), Birləşmiş Ərəb Əmirlikləri (7,80), Siciliya (7,14) və Florida (7,14) yer alıb. Turist sürücülər ümumiyyətlə bu ölkələrdə sürətli sürücülərdən və səbirsizlikdən şikayətlənirdilər.

Orxan Saffari

Gununsesi.info