Babək prospektində maşınların hərəkətinə məhdudiyyət qoyuldu

  • By Günel
  • 31 Yanvar 2025 08:31

Bakının Nizami rayonunda, Babək prospektində yolda təmir işləri ilə bağlı maşınların hərəkətinə məhduyyət qoyulub.

Gununsesi.info xəbər verir ki, məlumatı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb.

Təmir səbəbindən yol ötürücüsünün üzərindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.