Quranı yandıran təxribatçı TikTok yayımında öldürülüb

2023-cü ildə İsveçdə Quran yandırma hərəkətləri ilə xəbərlərə mövzu olan iraqlı Salvan Momika ötən gecə evində güllələnərək öldürülüb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Momikanın TikTok sosial media platformasında canlı yayım edərkən evində hücuma məruz qaldığı bildirilib.

Xəbərdarlıq edən polis hadisə yerinə gedib və Momikanın cansız bədəni ilə qarşılaşıb.

Polis şübhəlinin tutulması üçün əməliyyata başlayıb.

Qətillə bağlı bir nəfərin saxlanıldığı açıqlanıb.

Qeyd edək ki, İsveçdə Qurani-Kərimi yandıraraq təxribat törədən iraqlı Salvan Momika və Salvan Najemin nifrət cinayəti törətdikləri səbəbi ilə məhkəməsi yanvarın 16-da başlayıb.

Stokholm Rayon Məhkəməsindən verilən açıqlamada, iki müttəhim Salvan Momika və Salvan Najemin Qurani-Kərimi dörd ayrı yerə yandıraraq “bir etnik və ya milli qrupa qarşı nifrət cinayəti törətdikləri” səbəbi ilə mühakimə olunduğu bildirilib.

Məhkəmənin qərarını cümə günü, yanvarın 31-i saat 11:00-da elan edəcəyi gözlənilirdi.

Orxan Saffari

Gununsesi.info