Fransanın Alp dağlarında qar uçqunu: - 5 ölü

Fransanın Alp dağlarında dünən iki qar uçqunu nəticəsində 5 alpinist həyatını itirib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Fransanın Alp dağlarında dünən baş verən iki fərqli qar uçqunu nəticəsində 5 alpinistin həyatını itirdiyi açıqlanıb.

Fransanın cənub-şərqindəki Savoya bölgəsinin Val-Cenis bölgəsində baş verən ikinci qar uçqunu nəticəsində 4 norveçli və 30 yaşlı isveçrəli alpinistin Yuxarı Savoya bölgəsində baş verən ikinci qar uçqunu nəticəsində həlak olduğu qeyd edilib .

Bildirilib ki, 3 norveçli alpinist hadisə yerində ölüb, daha bir norveçli alpinist isə aparıldığı xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

Səlahiyyətlilər həyatını itirən alpinistlərin 7 nəfərlik qrupda olduğunu və 3 alpinistin xəsarət almadığını bildirib.
Çərşənbə axşamı 55 yaşlı alpinist böyük qar uçqunu nəticəsində həyatını itirib.

Orxan Saffari

Gununsesi.info