Əhməd Şəra ilk dəfə xalqa müraciət edib

Suriya Keçid Hökumətinin prezidenti Əhməd Şara ilk çıxışını edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Şara devrilmiş Baas rejimini “dünyanın ən zalım hökumət formalarından biri” kimi xarakterizə edib.

“Biz Suriyanın qadınları, kişiləri və gəncləri daxil olmaqla müxtəlifliyini əks etdirən hərtərəfli keçid hökuməti formalaşdırmaq üçün çalışacağıq. Bu hökumət azad və ədalətli seçkilər mərhələsinə çatana qədər yeni Suriyanın təsisatlarını qurmaq vəzifəsini öz üzərinə götürəcək- o, bildirib.

Şəra bu prosesdə hazırlıq komitəsinin yaradılacağını açıqlayıb.

Milli Dialoq Konfransının hazırlıq komitəsinin də açıqlanacağını bildirən Əhməd Şəra bu konfransda Suriyanın gələcəyinin müzakirə ediləcəyini vurğulayıb.

Şəra bildirib ki, bütün addımlar tamamlandıqdan sonra qanunun əsasını təşkil edəcək konstitusiyanı elan edəcəklər.

O qeyd edib ki, onun prioritetləri daxili əmin-amanlığın təmin edilməsi və ölkənin ləyaqətinin bərpası olub.

Orxan Saffari

Gununsesi.info