Yaponiyada avtomobil uşaqların üzərinə çırpılıb: - 7 tələbə yaralanıb, şübhəli saxlanılıb

Osakada məktəbə gedərkən sürücü şagirdləri vurub. 7 uşağın yaralandığı hadisədə şübhəli bilinən şəxs saxlanılıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Yaponiyada avtomobilin onlara çırpılması nəticəsində 7 tələbənin yaralandığı bildirilir . Yerli yapon mətbuatında yer alan xəbərlərə görə, Osakada məktəbə gedərkən qəsdən hücum olduğu ehtimal edilən avtomobilin şagirdlərin üzərinə sürüldüyü və avtomobilin sürücüsünün saxlanıldığı bildirilir.

Yaponiyanın ictimai yayımı NHK-nın məlumatına görə, yaralanan tələbələr xəstəxanaya aparılıb.

Bildirilib ki, yeddi uşağın hamısı huşunu itirib.

Polis hadisəni hələlik təsdiqləməyib.

Yerli medianın məlumatına görə, avtomobilin sürücüsü paytaxt Tokioda yaşayan 28 yaşlı kişi olub. Osaka polisi şübhəli şəxsi “qəsdən adam öldürməyə cəhd” şübhəsi ilə saxlayıb. NHK xəbər verir ki, şübhəli şəxs ittihamları etiraf edib. Məlumata görə, şübhəli şəxs polisə verdiyi ifadəsində “hər şeydən bezdiyini və kimisə öldürmək niyyəti ilə maşını onlara tərəf sürdüyünü” bildirib.

Orxan

Gununsesi.info