
İranın Suriyadakı səfirliyində tapılan sənədin İranın Suriya ilə bağlı “böyük planını” ortaya qoyduğu iddia edilir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Suriyada Bəşər Əsəd rejiminin süqutundan sonra Əsədin hakimiyyəti altında olan Suriyaya yaxın ölkələr İranla bağlı yeni iddia irəli sürüb.
Reuters xəbər agentliyinin xüsusi hesabatına görə, “İranın Suriyada imperiya ambisiyaları var idi, lakin “gizli səfirlik sənədlərinin” aşkarlanması ilə plan ifşa olundu. Reuters agentliyinin məlumatına görə, İranın Suriya ilə bağlı “böyük planı” birbaşa onun siyasi arenadakı “əsas düşməni” olan ABŞ-nin “taktiki planından” götürülüb.
Buna uyğun olaraq, İkinci Dünya Müharibəsindən sonra ABŞ Avropanı bərpa etmək üçün milyardlarla dollar xərclədiyi kimi, İran da vətəndaş müharibəsinin böyük dağıntılara səbəb olduğu Suriyada eyni addımı atacaqdı.
İranın 33 səhifəlik rəsmi araşdırmada yer alan proqramında Marşal Planına çoxlu istinad edilib. Sözügedən sənəd 2022-ci ilin mayına aiddir və İranın Suriyadakı iqtisadi siyasət bölməsi tərəfindən yazılıb. Sənəd 2024-cü ilin dekabrında Əsəd rejiminin süqut etdiyi ilin dekabrında İranın Dəməşqdəki səfirliyindən Reuters müxbirləri tərəfindən tapılıb.
Məlumata görə, iş orada və paytaxt Dəməşqin başqa yerlərində tapılan yüzlərlə digər sənəd arasında olub. Bu sənədlərə məktublar, müqavilələr və infrastruktur planları daxildir. Sözügedən sənədlər İranın “vətəndaş müharibəsi zamanı Əsədi xilas etmək üçün xərclədiyi milyardları necə geri almağı planlaşdırdığını” ortaya qoyur.
Suriya strategiyası sənədi “iqtisadi imperiyanın” yaradılmasını, eləcə də İranın Suriya üzərində təsirini dərinləşdirməyi nəzərdə tuturdu. Sənəddə “400 milyard dollarlıq fürsət”dən bəhs edilirdi. Reuters-in məlumatına görə, bu “imperator ümidləri” Əsədin devrilməsi ilə puça çıxdı.
Orxan