12 yaşlı futbolçu İspaniyadan dəvət aldı

  • By Günel
  • 30 Aprel 2025 19:59

12 yaşlı azərbaycanlı futbolçu Məsud Poladov İspaniya La Liqasında mübarizə aparan “Rayo Valyekano” klubundan dəvət alıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Teleqraf-a futbolçunun atası Zaur Poladov məlumat verib.

O, hazırda “Təhsil-8” komandasında çıxış edən oğlunun İspaniya klubunun düşərgəsinə çağrıldığını bildirib:

“Övladıma “Rayo Valyekano”dan dəvət gəlib. Hueska şəhərinin eyniadlı klubundan təklif gəlib. 24 aprel – 24 iyunda uşaq yoxlama məqsədilə klubun düşərgəsində olmalıdır. Bu zaman müddətində isə ispaniyalı məşqçi Ganiyu Omocbolahan Louelin evində qala bilər.

2022-ci ildə Almaniyanın Düsseldorf şəhərində keçirilən beynəlxalq turnirdə də iştirak edib və ikinci yeri tutublar. Həmin dövrdə Almaniyanın “Viktoria Köln” klubundan dəvət alıb və baxışlarda iştirak edib.

2023-cü ildə İtaliyanın Forte dei Marmi şəhərində təşkil olunan “Universal Youth Cup” turnirində çıxış edib. 2024-cü ildə Qətərdə keçirilən “Aspire Academy” turnirində və Moskvada keçirilən beynəlxalq turnirdə iştirak edib”.

Qeyd edək ki, Məsud Poladov hücumçu mövqeyində çıxış edir.

Gununsesi.info