Günay Məmmədzadə: Qələbə qazansam da, çətin oyunlar oldu

  • By Günel
  • 30 Aprel 2025 21:22

“Ümid edirəm ki, gələcəkdə belə yarışların sayı çox olacaq”.

Gununsesi.info xəbər verir ki, bu barədə Günay Məmmədzadə Bakıda keçirilən “Çempionlar Savaşı” turnirində bolqarıstanlı Antoaneta Stefanova üzərində qazandığı qələbədən sonra jurnalistlərə açıqlamasında bildirib.

O, turnirdən böyük təcrübə qazandığını bildirib: “Belə formatda yarış, xüsusilə də dünya çempionuna qarşı oynamaq mənim üçün bir ilk həm də maraqlı idi. Böyük təcrübə qazandım”.

Günay Məmmədzadə oyunların çətin keçdiyini söyləyib: “Qələbə qazansam da, çətin oyunlar oldu. Hər detalı düşünən Azərbaycan Şahmat Federasiyasının rəhbərliyinə təşəkkürümü bildirirəm.

Gununsesi.info