ABŞ Ukrayna ilə qalmaqallı sazişi imzaladı

Vaşinqton və Kiyev Ukraynanın təbii ehtiyatlarına çıxış haqqında saziş imzalayıb.

Gununsesi.info xəbər verir ki, Ukrayna baş nazirinin birinci müavini, iqtisadiyyat naziri Yuliya Sviridenko bu haqda sosial şəbəkədə yazıb.

“ABŞ-nin maliyyə naziri Scott Bessent ilə birlikdə mən ABŞ-Ukrayna arasında Bərpa İnvestisiya Fondunun yaradılması haqqında Sazişi imzaladım”, – o bildirib.

Bu saziş ABŞ-yə Ukraynanın nadir minerallarına və təbii sərvətlərinə çıxış imkanı verəcək.

Gununsesi.info