Çempionların savaşı: Mükafatlandırma mərasimi keçirildi - FOTOLAR

  • By Günel
  • 30 Aprel 2025 20:07

Bakıda təşkil olunan şahmat üzrə “Çempionların savaşı” turnirinin bağlanış mərasimi keçirilib.

Gununsesi.info -nun məlumatına görə, əvvəlcə yarışa həsr olunmuş video-çarx nümayiş etdirilib.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov yarış iştirakçılarına layiqli mübarizəyə görə təşəkkürünü bildirib.

Daha sonra Məmmədov Muzeyin direktor müavini Murad Ağayev bir-birilərinə xatirə hədiyyəsi təqdim ediblər. Eyni zamanda yarış iştirakçıları təltif olunub.