
ABŞ-ın müdafiə naziri Pit Heqseth İranı Yəməndəki Husi üsyançılarına hərbi dəstək verməkdə ittiham edib və sərt xəbərdarlıqla çıxış edib.
Gununsesi.info xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində paylaşımında bildirib: “İrana mesajımız aydındır: Husilərə ölümcül dəstəyinizi izləyirik və hərəkətlərinizdən tam xəbərdarıq. Siz ABŞ ordusunun nəyə qadir olduğunu bilirsiniz və artıq xəbərdar edilmisiniz”.
Nazir əlavə edib ki, İran bu dəstəyə görə ABŞ-ın “seçdiyi vaxt və məkanda” nəticələrlə üzləşəcək.
Qeyd edək ki, mart ayının ortalarından bəri ABŞ qüvvələri Husilərə qarşı bir neçə genişmiqyaslı hava zərbəsi endirib.
Pentaqon bu əməliyyatların regionda ABŞ-ın milli maraqlarının və dəniz naviqasiyasının təhlükəsizliyinin qorunması məqsədi daşıdığını bildirib.
Şəbnəm