
ABŞ-nin iki ştatını təsir edən tufan və yağışlar nəticəsində 6 nəfərin həyatını itirdiyi açıqlanıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin Pensilvaniya və Oklahoma ştatlarına təsir edən qasırğa nəticəsində 6 nəfər ölüb .
Şiddətli tufanlar Pensilvaniyanın şərqini, Texasın cənubunu və ABŞ-ın Oklahoma ştatlarını vurub.
Oklahoma ştatının cənubunu və Texasın şimalını təsir edən fırtına bəzi bölgələrdə yağışa səbəb olub, küçələri su basıb.
ABŞ-nin Oklahoma ştatında sel sularının avtomobili aparması nəticəsində iki nəfər ölüb. Oklahoma ştatında səlahiyyətlilər bir neçə sürücünün sel sularından xilas edildiyini, Leksinqtonda isə bəzi sakinlərin suların qalxması səbəbindən evlərindən təxliyə edildiyini bildirib.
Orxan