Cənubi Koreyanın müvəqqəti prezidenti Han istefa verib

Cənubi Koreyanın baş naziri vəzifəsini icra edən Han Duk Su keçmiş prezident Yoonun vəzifəsindən azad edilməsindən sonra tutduğu vəzifədən istefa verib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Cənubi Koreyanın müvəqqəti prezidenti və baş naziri Han Duk Su tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.

Xanın sabah, iyunun 3-də keçiriləcək prezident seçkilərində namizədliyini açıqlayacağı gözlənilir.

Qeyd edək ki, keçmiş prezident Yoon Suk Yeolun elan etdiyi hərbi vəziyyətə görə vəzifəsindən uzaqlaşdırılmasının ardından ölkədə erkən seçki dövrü başlayıb. Yoona qarşı impiçment prosesinin başlanmasından sonra müvəqqəti prezident vəzifəsini də üzərinə götürən baş nazir Han Duck Soo verdiyi açıqlamada vəzifəsindən istefa verdiyini açıqlayıb.

Orxan

Gununsesi.info