Elçin Əmirbəyov Meksika Senatında oldu - FOTO

  • By Günel
  • 30 Aprel 2025 23:07

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Meksikaya səfər edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Meksika Senatı “X” sosial şəbəkəsində yazıb.

Məlumata əsasən, aprelin 29-da Elçin Əmirbəyov Meksika Senatında olub.

Orada keçirilən görüş zamanı hər iki xalq arasında qardaşlıq əlaqələrinin bir daha təsdiqlənməsi və iki xalq arasında əlaqələrin möhkəmləndirilməsi arzusu ifadə olunub.

Gununsesi.info