Bakıda silah-sursat aşkarlandı

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN-dən Gununsesi.info-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbirlər nəticəsində paytaxt sakini olan iki nəfər 2 avtomat silahı, 2 patron darağı və 18 ədəd patronu könüllü olaraq polisə təhvil veriblər.

Xətai rayonu ərazisində isə polis əməkdaşları tərəfindən 1 tüfəng və 9 ədəd patron tapılaraq götürülüb.

Araşdırmalar aparılır.

 

 

 

Gununsesi.info