
ABŞ-nin müdafiə naziri Pit Heqset İranı Yəməndə husilərə dəstək verdiyi üçün hədələyərək, “Seçdiyimiz vaxt və yerdə bunun nəticələrini çəkəcəksiniz” deyib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin müdafiə naziri Pit Heqset sosial şəbəkədə “İrana mesaj” başlıqlı yazı paylaşıb . “Biz sizin husilərə verdiyiniz ölümcül dəstəyi görürük. Nə etdiyinizi çox yaxşı bilirik”, – Heqseth deyib.
İranın “Amerika ordusunun nə edə biləcəyini çox yaxşı bildiyini” qeyd edən Heqseth, Tehrana bu barədə əvvəllər də xəbərdarlıq edildiyini xatırladıb. İranın Yəməndə husilərə verdiyi dəstəyin cəzasız qalmayacağını bildirən Heqseth, “Seçdiyimiz vaxt və məkanda bunun nəticələrini çəkəcəksiniz” xəbərdarlığını edib.
Orxan