Çörçillin evi satılır

Britaniya lideri Uinston Çörçillin Meyferdəki gənclər evi on ildən sonra satışa çıxarılıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçillin Londonun ən məşhur rayonlarından biri olan Meyferdəki mənzili satışa çıxarılıb.

Çörçillin 1900-1905-ci illərdə yaşadığı Mount Street 105 ünvanında iki otaqlı dəbdəbəli mənzil 3,75 milyon funt sterlinqə satışa çıxarılıb.

Ümumi sahəsi 100 kvadratmetr olan mənzil 1888-ci ildə memar Ser Ernest George tərəfindən erkən Renessans üslubunda dizayn edilmiş malikanə blokunda yerləşir.

Beşulduzlu Connaught Hotelin düz yanında yerləşən bina tarixi və memarlığı ilə seçilir. 

Çörçil siyasi karyerasının əsasını burada qoyub və 25 yaşında Parlamentdə işlədiyi ilk illərdə məşhur çıxışlarından bəzilərini yazıb və birinci həyat yoldaşı Klementinlə görüşüb.

Qeyd edək ki, 1905-ci ildə atası lord Rendolf Çörçilin tərcümeyi-halını nəşr etdirməkdən qazandığı pulla Londonda öz evini alıb.