
Odessada Rusiya pilotsuz təyyarələrinin endirdiyi zərbələr nəticəsində 2 nəfər ölüb, 15 nəfər yaralanıb, Ukrayna hakimiyyəti bildirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Ukraynanın fövqəladə hallar xidməti Rusiyanın gecə saatlarında Qara dəniz liman şəhəri Odessaya pilotsuz təyyarələrlə hücumu nəticəsində 2 nəfərin öldüyünü, 15 nəfərin yaralandığını açıqlayıb. Hücumdan sonra bölgədə yanğınların başladığı və infrastrukturun zədələndiyi bildirilir.
Odessa vilayətinin qubernatoru Oleh Kiper Telegram vasitəsilə verdiyi açıqlamada: “Düşmənin hücumu nəticəsində çoxmərtəbəli yaşayış binalarına, fərdi yaşayış evlərinə, supermarketə, məktəbə və avtomobillərə ziyan dəyib. Bəzi yerlərdə yanğınlar başlayıb, xilasedicilərimiz tərəfindən söndürülür”, – deyə bildirilib.
Ukraynada dövlət dəmir yolu şirkəti Ukrzaliznytsia da hücum nəticəsində qatar relslərinin, birləşdirici şəbəkənin və üç yük vaqonunun zədələndiyini bildirib. Qurumun açıqlamasında deyilir: “Dəmiryolçular yük qatarlarının limanlara fasiləsiz çatması üçün sürətlə təmir işləri aparırlar. Hücumun sərnişin qatarlarının hərəkət cədvəlində heç bir gecikmə yaratmadığını bildirən Ukrzaliznitsia, hücumda ölənlərdən birinin dəmiryolçu olduğunu bildirib”.
Ukrayna Hərbi Hava Qüvvələrindən verilən açıqlamada, Rusiyanın gecə saatlarında 5 ballistik raket və 170 İHA ilə hücum təşkil etdiyi bildirilib. Hərbi Hava Qüvvələri 74 PUA-nın vurulduğunu, 68 İHA-nın isə “elektron müharibə üsulları” ilə zərərsizləşdirildiyini bildirib. Bəyanatda qalan 28 PUA-nın başına gələnlərlə bağlı heç bir məlumat verilməyib.
Orxan