Çempionların savaşı: Azərbaycan şahmatçıları rəqiblərinə qalib gəldi- FOTO

  • By Günel
  • 30 Aprel 2025 19:49

Bakıda keçirilən şahmat üzrə “Çempionların savaşı” turnirinə yekun vurulub.

Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, kişilərin mübarizəsində Azərbaycan çempionu Rauf Məmmədov FIDE Dünya çempionu Rüstəm Kasımcanovla (Özbəkistan) qarşılaşıb.

Qadınlar arasında ölkə çempionatının qalibi Günay Məmmədzadə dünya və Avropa çempionu Antoaneta Stefanova (Bolqarıstan) ilə mübarizə aparıb.

Hər iki azərbaycanlı şahmatçı rapid və blits üzrə mübarizənin yekununda qalib olub.

Rapiddə
Rauf Məmmədov – Rüstəm Kasımjanov – 8:4
Günay Məmmədzadə – Antoaneta Stefanova – 7:5

Blitsdə
Rauf Məmmədov – Rüstəm Kasımjanov – 4:6
Günay Məmmədzadə – Antoaneta Stefanova – 5:5

Yekun
Rauf Məmmədov – Rüstəm Kasımjanov – 12:10
Günay Məmmədzadə – Antoaneta Stefanova – 12:10