
Mingəçevir Dövlət Dram Teatrının direktoru, Əməkdar artist İntiqam Soltan tutduğu vəzifədən azad olunub.
Gununsesi.info xəbər verir ki, bu barədə mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzayıb.
Onun vəzifəni öz ərizəsi əsasında tərk etdiyi bildirilib. Onun bu qərarı teatrın gənc əməkdaşlarından biri ilə aralarında yaranmış mübahisə və bu məsələ ilə bağlı məhkəmə instansiyalarının qərarlarına etiraz məqsədi daşıyır.
Hazırda Mingəçevir Dövlət Dram Teatrının direktor postuna yeni təyinat hələlik rəsmi şəkildə açıqlanmayıb.