
Dünya şöhrətli rejissor Martin Skorseze bir müddət əvvəl vəfat edən Papa Fransisk haqqında sənədli film çəkəcəyini açıqlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, dünya şöhrətli rejissor Martin Skorseze katoliklərin ruhani lideri Papa Fransisk haqqında sənədli film çəkməyə hazırlaşır.
Sənədli filmdə Papa Fransisk və Skorseze arasında söhbətlər yer alacaq. Filmin yaradıcılarının dediyinə görə, sənədli filmdə Papanın kamera qarşısında son dərin müsahibəsi də yer alacaq.
Sənədli film İndoneziya, Qambiya və İtaliya gənclərinin proqramda iştirakını və qısametrajlı filmlər istehsal etməsini göstərəcək.
Filmin nümayiş tarixi hələ açıqlanmayıb.
Orxan