
ABŞ Maliyyə Nazirliyi ABŞ və Ukrayna arasında gərginliyə səbəb olan nadir minerallar haqqında saziş imzaladığını açıqlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi məsələ ilə bağlı açıqlamasında deyib: “ABŞ ilə Ukraynanın yenidən qurulması investisiya fondunun yaradılmasına dair saziş imzalanıb”.
Ukrayna baş nazirinin birinci müavini Yuliya Svırıdenko sazişi imzalamaq üçün ABŞ-ın paytaxtı Vaşinqtona gedib.
Bu sənəddə tərəflər aprelin 26-dək danışıqları başa çatdırmağı və müqaviləni ən qısa zamanda imzalamağı hədəflədiklərini bildiriblər.
Ukrayna rəsmiləri ümid edirlər ki, ABŞ prezidenti Donald Tramp tərəfindən dəstəklənən saziş ABŞ-nin əsas dəstəyini bərpa etməyə kömək edəcək.
Orxan