Tramp administrasiyasının ‘Witkoff’-la bağlı açıqlaması

ABŞ mətbuatında çıxan xəbərlərə görə, Tramp administrasiyasının keçmiş və indiki üzvləri arasında Yaxın Şərq üzrə xüsusi nümayəndə Vitkoffla bağlı narazılıq olduğu iddia edilir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp administrasiyasının İran və Rusiya ilə danışıqlarına rəhbərlik edən Stiv Vitkoffla bağlı Tramp administrasiyasının keçmiş və indiki üzvləri arasında uyğunsuzluqların olduğu iddia edilib.

“The New York Post”un eksklüziv xəbərinə görə, məsələdən xəbəri olan mənbələr Rusiya prezidenti Vladimir Putinlə görüşən və İranla dolayısı ilə nüvə danışıqlarında ölkəni təmsil edən Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Vitkoffun Kremlin öz tərcüməçilərinə bəzən arxalandığına işarə edərək “çoxdan formalaşmış diplomatik prosedurlardan uzaqlaşdığını” bildirib.

Witkoffun Rusiyadakı görüşlərində diqqəti çəkən digər məqam Trampın nümayəndəsinin Putinlə təkbaşına, heç bir müşavir, ekspert və ya hərbi rəsmilərin iştirakı olmadan görüşməsi olub. Putin cümə günü Kreml sarayında iki müşaviri Yuri Uşakov və Kirill Dmitriyevlə keçirilən görüşdə iştirak edib. 

Trampın ilk administrasiyasının adı açıqlanmayan üzvü Witkoffa işarə edərək, “O, yaxşı oğlandır, amma lənətə gəlmiş səriştəsiz axmaqdır” deyib.

Bildiririk ki, Vitkoffun Rusiyaya tərcüməçisiz getdiyi bildirilərkən, ukraynalı-estoniyalı tərcüməçi Yaanika Merilo “Tərcüməçiyə etibar etməsəniz, danışıqlar aparmaq mümkün deyil” deyib.

Orxan

Gununsesi.info