Məmmədyarovla Rəcəbov gerilədi

  • By Günel
  • 30 Aprel 2025 20:21

FİDE şahmatçıların may üçün dünya reytinqini dərc edib.

Gununsesi.info xəbər verir ki, siyahıda Azərbaycanın 7 şahmatçısı “Top-100”də yer alıb.

Kişi şahmatçılarından ən yaxşı göstəriciyə Şəhriyar Məmmədyarov malikdir. Bir pillə geriləyən qrossmeysterimiz 2746 xalla 14-cü yerdə qərarlaşıb. Onun kimi bir addım geriləyən Teymur Rəcəbov (2692) 40-cl sırada yer alıb. Rauf Məmmədov (2657) 69-cu pillədəki mövqeyini qoruyub.

Gununsesi.info