ABŞ-də saxlanılan fələstinli fəal zaminə buraxılıb

Vətəndaşlıq müsahibəsinə qatılarkən saxlanılan fələstinli tələbə Mahdavi məhkəmənin qərarı ilə zaminə buraxılıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ -də vətəndaşlıq müsahibəsinə qatılarkən saxlanılan Kolumbiya Universitetinin tələbəsi və fələstinli fəal Möhsün Mahdavi zaminə buraxılıb.

ABŞ-dan deportasiya ilə üzləşən Mahdavinin, hakimin girov müqabilində azadlığa buraxılması barədə qərar verməsindən sonra sərbəst buraxıldığı bildirilir.

İsrailin işğalı altında olan İordan çayının qərb sahilində doğulub böyüyən Mahdavi aprel ayında ABŞ vətəndaşlığı üçün müraciət etdikdən sonra müsahibəyə gedən zaman saxlanılıb. Daha sonra hakim Fələstinə dəstək aksiyalarında iştirak etdiyi üçün deportasiya ilə üzləşən tələbənin deportasiya edilməməsinə qərar verib. 

İki həftədir həbsdə olan Mahdavi, hakim Geoffrey Crawfordun azadlığa buraxılması barədə göstəriş verdikdən sonra Vermontdakı federal məhkəmə binasından buraxılıb. 

Krouford fələstinli tələbə ilə bağlı verdiyi qərarda Mahdavinin ictimaiyyət üçün təhlükə yaratmadığını və qaçış riski olmadığını bildirib.  Mahdavi məhkəmə binasını tərk etdikdən sonra toplaşan onlarla etirazçıya müraciət edərək “Mən bunu prezident Trampa və onun kabinetinə yüksək səslə deyirəm: mən sizdən qorxmuram” deyib.

Orxan

Gununsesi.info