
Bu ilin birinci rübündə Azərbaycan Türkiyəyə 134,3 milyon dollar dəyərində qeyri-neft məhsulu ixrac edib.
Gununsesi.info xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın aprel sayında qeyd olunub.
Bu, ötən ilin uyğun dövrü ilə müqayisədə 16 milyon dollar və ya 10,6 faiz azdır.
2024-cü ilin birinci rübündə Azərbaycan Türkiyəyə 150,3 milyon dollar dəyərində qeyri-neft məhsulu ixrac etmişdi.
Gununsesi.info