Donald Trampın Ağ Evdə ilk 100 günü - müsbət, mənfi və ziddiyyətli qərarla

ABŞnin 45-ci prezidenti Donald Trampın Ağ Evdəki ilk 100 günü, ölkənin daxili siyasətində dərin dəyişikliklərin başlanğıcı oldu.

Tramp administrasiyası bu müddətdə qeyri-qanuni miqrasiyaya qarşı sərt addımlar atdı, Demokrat partiyasının təhsil sistemində yaydığı LGBT ideologiyasının təsirini azaltdı, iqtisadiyyatın milli istehsala yönləndirilməsi, vergilərin yüngülləşdirilməsi və əhalinin əksəriyyətinin dəstəklədiyi bir çox mühüm qərarlar qəbul etdi. Bu tədbirlər haqlı olaraq onun seçiciləri tərəfindən alqışlarla qarşılanır.

Trampın xarici siyasəti ciddi tənqidlərə səbəb oldu. Bəziləri onun Ukraynaya dəstəyi zəiflətməsi, sonuncunun qarşısında müxtəlif şərtlər qoyması, Putin Rusiyasının dirçəlməsinə yönəlmiş hərəkətləri, tarif müharibələri və Yaxın Şərqdəki ziddiyyətli mövqeyi suallar doğurur. Lakin bir çoxları onu “ilk növbədə Amerika” prinsipinə sadiq lider sayır.

Kimsə deyəcək ki, Trampın neqativ reytinqi yüksəkdir. Düşünürəm, bu onun kəmhövsəliliyindən irəli gəlir. Trampın ilk 100 günü, siyasi sistemin ənənəvi sərhədlərini pozan bir liderin nəyə qadir olduğunu göstərir.

Fuad Ağayev

Gununsesi.info