
ABŞ dövlət katibi Marko Rubio Pakistanın baş naziri Şahbaz Şərif və Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankarı telefonla birlikdə işləməyə çağırıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Dövlət Departamentinin sözçüsü Tammi Bryusun verdiyi yazılı açıqlamaya görə, Rubio telefon danışıqları zamanı Pakistanın baş naziri Şərif və hindistanlı həmkarı Caişankarı əməkdaşlığa çağırıb .
Katib Rubio Şəriflə görüşü zamanı bəyan edib ki, aprelin 22-də Pahalqamda törədilən terror aktı “lənətlənməlidir”.
Hər iki lider “terrorçuları iyrənc zorakılıq aktlarına görə məsuliyyətə cəlb etmək” mövzusunda davam edən öhdəliklərini təsdiqlədi, Rubio Pakistan hakimiyyətini “bu vicdansız hücumun” araşdırılmasında əməkdaşlığa çağırdı.
Hindistanlı həmkarı Jaishankar ilə telefon danışığında Rubio Pahalqamdakı “dəhşətli terror hücumunda insan itkisinə görə kədərləndiyini” ifadə etdi.
Rubio ABŞ tərəfinin Hindistanla “terrorla mübarizə sahəsində əməkdaşlığa sadiqliyini” bir daha təsdiqləyib .
Bəyanatda həmçinin qeyd olunub ki, ABŞ həm Pakistan, həm də Hindistanı Cənubi Asiyada gərginliyi azaltmağa, sülh və təhlükəsizliyi təmin etməyə, iki ölkə arasında birbaşa əlaqəni bərpa etməyə təşviq edir.
Orxan