Ukrayna bu il Qərbdən 16 milyard dollar maliyyə vəsaiti alıb

Bu ilin əvvəlindən Ukrayna Qərbdən büdcə dəstəyi üçün 16 milyard dollar vəsait alıb.

Gununsesi.info xəbər verir ki,  bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.

“Bu il dövlət büdcəsinə artıq 16 milyard dollar xarici maliyyə vəsaiti daxil olub və ilin sonuna qədər daha 22 milyard dollar gözlənilir”, – deyə məlumatda qeyd olunur.

Maliyyə Nazirliyi, həmçinin iddia edir ki, Ukrayna hökuməti mütəmadi olaraq Qərbdən daxil olan vəsaitlərin istifadəsi ilə bağlı hesabat verir.

Ölkənin Maliyyə Nazirliyinin rəhbəri Sergey Marçenko bəyan edib ki, büdcəyə hər ay tərəfdaşlardan 3 milyard dollar gəlir lazımdır.

Eyni zamanda o, 2023-cü ildə Qərbin aldığı maliyyə yardımının yalnız dörddə birinin qrant şəklində, yəni pulsuz verildiyini etiraf edib.

Bu arada BVF-nin Ukraynadakı missiyasının rəhbəri Qeyvin Qrey qeyd edib ki, zaman keçdikcə Kiyevə beynəlxalq dəstək azalacaq və ölkə hakimiyyəti özünümaliyyələşdirmə üçün daxili resursları inkişaf etdirməlidir.

Ukrayna Maliyyə Nazirliyinin məlumatına görə, ötən ilin sonunda dövlət borcu ÜDM-in 80%-nə çatıb.

 

 

 

Ceyhun

Gununsesi.info