İnformasiya və rabitə xidmətlərinin dəyəri 13 milyondan çox artdı

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin dəyəri 13 milyon 296 min 200 manat olub.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,9 faiz çoxdur.

Qeyd edək ki, xidmətlərin 47,7 faizi mobil telefon rabitəsi sahəsində formalaşıb.

Gununsesi.info