
Yerüstü Nəqliyyat Agentliyi beynəlxalq avtomobil yük daşımaları üçün mübadilə edilmiş 2025-ci il nümunəli xüsusi defisit “İcazə” blanklarının bu günə olan qalıq sayını açıqlayıb.
Qurumdan Gununsesi.info-ya verilən məlumata görə, mayın 15-də Rusiya istiqamətində 3-cü ölkəyə və ya 3-cü ölkədən beynəlxalq yük daşımaları üçün müxtəlif kateqoriyalar üzrə qalıq icazə blanklarının sayı toplam 1 093 təşkil edib.
Belə ki, qalıq say, məhdudiyyətsiz daşımalar üçün 876, yalnız Avropa Birliyi ölkələrinə və ya bu ölkələrdən olan daşımalar üçün 120, İrana və İrandan olan daşımalar üçün isə 97 təşkil edib. Qazaxıstan istiqamətində 3-cü ölkəyə və ya 3-cü ölkədən beynəlxalq yük daşımaları üçün ayrılmış icazə blanklarının sayı isə 1 733 olub.