Ağsuda fəhlə faciəvi şəkildə öldü

Mayın 23-ü, saat 19 radələrində Ağsu rayonunda fəhlənin ölümü ilə nəticələnən hadisə baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Kalva kəndinin ərazisində qeydə alınıb.

Qobustan rayon sakini – 1964-cü il təvəllüdlü Umud Seyfəddin oğlu Cəfərov hündürlükdən yıxılaraq ölüb. Hadisənin U.Cəfərovun fəhlə işlədiyi ərazidə qeydə alındığı bildirilir.

Rayon prokurorluğunda araşdırmalar aparılır.

Gununsesi.info