
Macarıstanın xarici işlər naziri Peter Siyarto mayın 27-də Ermənistana işgüzar səfər edəcək.
Gununsesi.info xəbər verir ki, Siyarto “İrəvan dialoqu” forumu çərçivəsində panel müzakirəsində iştirak edəcək.
Onun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüş də planlaşdırılır.