Mərkəzi Bank borc qiymətli kağızların buraxılışını 84% azaldıb

Mərkəzi Bankın qısamüddətli notlar şəklində buraxdığı borc qiymətli kağızların həcmi kəskin azalıb.

Gununsesi.info xəbər verir ki, ltənzimləyicinin maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ilin sonunda qısamüddətli notların həcmi 205 milyon 912 min manat təşkil edib. Bu göstərici 2023-cü ilin sonunda 1 milyard 295 milyon 374 min manat idi. Beləliklə, bir il ərzində həcmdə 1 milyard 89 milyon 462 min manat və ya 84% azalma qeydə alınıb.

Qeyd edək ki, notlar pul siyasətinin həyata keçirilməsi məqsədi ilə Mərkəzi Bank tərəfindən 28, 84, 168 və 252 günlük müddətə buraxılan istiqrazlardır. İstiqrazların yerləşdirilməsi hərraclar vasitəsilə həyata keçirilir. Hərraclarda faiz dərəcəsinə məhdudiyyət tətbiq olunmur. İl sonunda dövriyyədə olan qiymətli kağızlar üzrə ortaçəkili faiz dərəcəsi 7.25% – 8.49% intervalında dəyişib. Buraxılmış notlar amortizasiya olunmuş dəyərlə uçota alınır.

Gununsesi.info