
Türkiyə xarici işlər naziri Hakan Fidan mayın 26-27-də Rusiyaya səfər edəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
“Səfər zamanı Fidanın Rusiya Prezidenti Vladimir Putin tərəfindən qəbul ediləcəyi və rusiyalı həmkarı Sergey Lavrovla görüşü gözlənilir. Bundan başqa, türkiyəli nazirin Rusiya prezidentinin köməkçisi Vladimir Medinski və müdafiə naziri Andrey Belousovla ikitərəfli görüşləri nəzərdə tutulub”, – məlumatda deyilir.
Səfər çərçivəsində Hakan Fidan və Sergey Lavrov Suriya, Ukrayna, Liviya, Cənubi Qafqaz və Qara dəniz regionunda vəziyyətə xüsusi diqqət yetirməklə, regional məsələlər ətrafında fikir mübadiləsi aparacaq.
Həmçinin hazırkı şəraitdə ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsi perspektivləri də müzakirə olunacaq. Türkiyə və Rusiya xarici işlər nazirləri yüksək səviyyələrdə ikitərəfli təmasların cədvəlini nəzərdən keçirəcəklər.