ABŞ Ukrayna qalib gələnə qədər öz dəstəyini davam etdirəcək

  • By ilhame
  • 24 Sentyabr 2024 19:00

ABŞ Ukrayna qalib gələnə qədər öz dəstəyini davam etdirəcək.

 

Gununsesi.info xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden ABŞ-də BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı deyib.

 

O, bildirib ki, Rusiya NATO-nu zəiflətmək istəyirdi: “Amma indi NATO əvvəlkindən daha güclüdür”.

 

C.Bayden, həmçinin söyləyib ki, Yaxın Şərqdə atəşkəsin vaxtı çatıb: “Diplomatik həll yolu hələ də mümkündür. Uzunmüddətli həll üçün yeganə yol sülhdür”.

 

ABŞ Prezidenti onu da qeyd edib ki, Ağ Ev İranın nüvə silahına sahib olmasına imkan verməyəcək.

Gununsesi.info