Livandakı futbol yarışları qeyri-müəyyən müddətə təxirə salınıb

  • By ilhame
  • 24 Sentyabr 2024 21:24

Livan Futbol Assosiasiyasının (LFA) bayrağı altında keçiriləcək bütün oyunlar İsrailin hava hücumları səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə LFA-nın mətbuat xidməti məlumat yayıb.

 

Buna səbəb kimi sentyabrın 17-18-də Livanda bir sıra rabitə cihazlarının partladılması göstərilib.

 

Qeyd edək ki, Livan çempionatının 2024/2025 mövsümü sentyabrın 20-də start götürüb. Sentyabrın 27-dən 29-dək baş tutmalı olan ölkə çempionatının II turunun bütün oyunları ləğv olunub.

Gununsesi.info